Azərbaycanlı rəssam beynəlxalq forumda iştirak edəcək

Azərbaycanlı rəssam  beynəlxalq forumda iştirak edəcək
27 noyabr 2021
# 15:20

Mədəniyyət Nazirliyinin dəstəyi ilə noyabrın 28-dən dekabrın 7-dək Özbəkistanın Daşkənd şəhərində IV Beynəlxalq Gənclər Teatr Forumu keçiriləcək.

Kulis.az xəbər verir ki, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının baş rəssamı Vüsal Rəhim ölkəmizi təmsil edən nümayəndə heyəti sırasında bu beynəlxalq layihəyə qatılacaq, 10 gün ərzində müxtəlif proqramlarda, sərgilərdə iştirak edəcək, müəllifi olduğu səhnə və geyim eskizlərini nümayiş etdirəcək.

Təmsilçimiz, eyni zamanda, forum çərçivəsində mühazirələrə, ustad dərslərinə qatılacaq və komanda halında təşkil edilən maarifləndirici proqramlarda öz təcrübəsini dünyanın müxtəlif ölkələrindən olan həmkarları ilə bölüşəcək.

V.Rəhim forum iştirakçıları olan rəssamlarla birgə təklif olunan tamaşalara eskizlər hazırlayacaq.

Həmin eskizlər Vladimir Nikolaeviç Pankovun “Daşkənd – Çörək şəhəri” hekayəsi əsasında hazırlanacaq tamaşada fraqmentlər şəklində birləşdiriləcək.

# 1176 dəfə oxunub

Müəllifin son yazıları

# # #