Azərbaycanlı rejissorun filmi beynəlxalq festivalın qalibi oldu

Azərbaycanlı rejissorun filmi beynəlxalq festivalın qalibi oldu
3 oktyabr 2022
# 13:20

"Acı xatirə” bədii-sənədli filmi ”Beynəlxalq Toronto Film for Peace Film” festivalında ölkəmizi təmsil edərək finala vəsiqə qazanıb.

Kulis.az xəbər verir ki, filmin ssenari müəllifi və rejissoru Cəlaləddin Qasımov mediaya açıqlamasında deyib:

"Bu gün mənim üçün çox sevindirici bir hadisə baş verib. “Acı xatirə” bədii-sənədli filmim ”Beynəlxalq Toronto Film for Peace Film” festivalında ölkəmizi təmsil edərək finala vəsiqə qazanıb. Eyni zamanda, “Edam günü” bədii filmi isə, beynəlxalq festivalda “Ən yaxşı prodüser” kateqoriyaları üzrə qalib oldu.

“Acı xatirə” bədii-sənədli filmi həkimlərlə birlikdə, öz həyatını təhlükəyə atan polislərin və müxbirlərin cəsarətinin geniş kütləyə çatdırılması məqsədilə çəkilib. Filmində rolları Xalq artisti Sabir Məmmədov, aktyorlar Əjdər Zeynalov və Rövşən Məmmədov ifa ediblər. Ekran əsərinin redaktoru Əkbər Qoşalı, montaj Elnur Tarverdiyevə məxsusdur”

Onun sözlərinə görə, “Edam günü” bədii filmindəki hadisələr sovet dövrünün son illərində həbsxanada cərəyan edir. Ekran əsərində məhkum olunmuş bir dustağın kamerada yaşadığı həyəcanlı anları əks olunub: “Filmin ssenarisini yazarkən Bayıl həbsxanasında keçmiş sovet dövründə işləmiş işçilərlə görüşüb maraqlı məlumatlar toplamışam. Filmdə rolları Rövşən Kərimduxt, Sabir Məmmədov, Məmməd Əliyev, Nazil Ağalarov, Ramin Şıxəliyev, Soltan Qasımov, Hikmət Məmmədov, Vüqar Qurbanov və digərləri canlandırıblar. Ekran əsərinin quruluşçu operatoru Mehdi Yaqubovdur”.

# 1338 dəfə oxunub

Müəllifin son yazıları

# # #