Azərbaycanlı rejissor vəfat etdi

Ramiz Əliyev. Rejissor

Ramiz Əliyev. Rejissor

14 yanvar 2022
# 16:20

Rejissor Ramiz Əliyev dünyasını dəyişib.

Kulis.az xəbər verir ki, o, 84 yaşında uzun sürən xəstəlikdən sonra bu gün vəfat edib.

Ramiz Əliyev 15 mart 1938-ci ildə Ağcəbədi rayonu Hindarx qəsəbəsində dünyaya göz açıb.

O, 1956-cı ildə “Azərbaycanfilm”də fəaliyyətə başlamış və müxtəlif illərdə rejissor assistenti, ikinci rejissor və rejissor kimi Azərbaycan kinosuna töhfələr vermişdir.

R.Əliyev ikinci rejissor kimi “Azadlığa gedən yollar”(1990), “Boz qurdun harayı”(1991), “Dəli Kür”(1969), “Həm ziyarət, həm ticarət”(II rejissor-1995), Xatirələr sahili (II rejissor-1972), “İnama qayıdış” (1992), “İnsan məskən salır”(rej.as.1967), “İstintaq”(II rejissor-1979), “Qayınana”(II rejissor-1978), “Qızmar günəş altında”(rej.as.1957), “O olmasın, bu olsun”(rej.as 1956), “O qızı tapın”(II rej.1970), “Otel otağı”(II rej.1998), “Ölsəm... bağışla”(II rej.1989), “Özgə ömür”(II rej.1987), “Park”(II rej. 1983) və s. filmlərdə çalışıb.

Allah rəhmət eləsin!

# 1915 dəfə oxunub

Müəllifin son yazıları

# # #