Azərbaycanlı dirijor Peterburqda debüt edəcək

Azərbaycanlı dirijor Peterburqda debüt edəcək
25 aprel 2023
# 14:00

Azərbaycanlı dirijor Murtuza Bülbülün Sankt-Peterburqda debütü baş tutacaq. Onun rəhbərliyi ilə musiqiçilər “Qu gölü” baletindən süitanı, “Peer Gynt” dramının musiqisindən süitanı, Lüdviq van Bethovenin, Frans Lisztin, Modest Musorqskinin bəstələrini ifa edəcəklər.

Kulis.az ТАСС-a istinadən xəbər verir ki, Azərbaycanın tanınmış musiqi nəslinin nümayəndəsi, gənc dirijor Murtuza Bülbül çərşənbə axşamı Sankt-Peterburqdakı Dmitri Şostakoviç adına Filarmoniyanın Böyük zalında çıxış edəcək. O, Akademik Filarmonik Orkestrinin kürsüsündə yer alacaq.

Xatırladaq ki, Murtuza Bülbül üçüncü nəsil musiqiçi, opera müğənnisi, SSRİ xalq artisti, professor Murtuza Məmmədovun (daha çox Bülbül adı ilə tanınır) nəvəsi, bəstəkar və müğənni, Azərbaycanın Xalq artisti, professor Polad Bülbüloğlunun oğludur. Musiqiçi Rusiya Milli Orkestri, Rusiya Dövlət Kinematoqrafiya Orkestri, Novosibirsk Akademik Simfonik Orkestri, Moskva Konservatoriyasının Orkestri kimi ansambllarla əməkdaşlıq edib, müğənniləri, o cümlədən Anna Netrebko, Elçin Əzizov, Dinara Əliyevanı müşayiət edib.

# 929 dəfə oxunub

Müəllifin son yazıları

# # #