Azərbaycanlı aşığın beyninə qan sızdı

Azərbaycanlı aşığın beyninə qan sızdı
18 avqust 2024
# 13:17

Azərbaycanlı aşıq, tambur ifaçısı Əfqan Rəhimov xəstəxanaya yerləşdirilib.

Kulis.az xəbər verir ki, bu barədə prodüser Samir Xəttab özünün Facebook səhifəsində paylaşım edib.

Bildirilib ki, o, 3 gün öncə yıxılıb və beyninə qan sızıb. Hazırda Balakən Rayon Mərkəzi Xəstəxanasında reanimasiyadadır.

Xatırladaq ki, Əfqan Rəhimov Balakəndə yaşayır. O, bir çox verilişlərdə qonaq olub, musiqi yarışlarında iştirak edib. Azərbaycan Aşıqlar Birliyinin üzvüdür.

# 778 dəfə oxunub

Müəllifin son yazıları

# # #