Azərbaycanlı aktrisa Türkiyədə mükafatlandırıldı – Video

Azərbaycanlı aktrisa Türkiyədə mükafatlandırıldı – Video
23 iyun 2023
# 13:30

Sənətini Türkiyədə davam etdirən Azərbaycan əsilli aktrisa Natavan Gümet Türkiyənin nüfuzlu “Beyaz Yakamoz Ödülleri”ndə mükafat qazanıb.

Kulis.az xəbər verir ki, aktrisa bildirir ki, bu mükafatı sənətinə fasilə verən analara həsr edib:

“Bu mükafatı “Təhminə və Zaur” serialındakı “Təhminə” obrazına görə almışam. Həmin serial 5 il öncə çəkilib. Lakin bu yaxınlarda Türkiyədəki verilişlərin birində qonaq olmuşdum. Bu serialdan söhbət açıldı və Anıl Budak bildirdi ki, serialı izləyəcək. İzlədikdən sonra canlandırdığım obraz çox bəyənildi. Ardından öyrəndim ki, məni də bu mükafata layiq görüblər. Mənə bu mükafatı Anıl Budak təqdim etdi.

Türkiyədə aldığım ilk mükafatım olduğu üçün çox həyəcanlı və olduqca sevincliyəm. Nə xoş mənə ki, qardaş ölkədə işimi uğurla davam etdirib təltif olunuram. Bu çox qürurvericidir.

Bir müddətdir övladıma zaman ayırdığım üçün sənətimlə məşğul ola bilmirdim. Artıq zamanımı öz işimə və kariyerama sərf etməyə üstünlük verirəm. Bu səbəbdən də aldığım mükafatı sənətinə ara verən analara həsr etmişəm”.

Qeyd edək ki, kino, televiziya, musiqi, idman və iş dünyasının nəbzini tutan Community Media ailəsinin mükafat təşkilatlarından biri olan “Beyaz Yakamoz Ödülleri” mərasimi Anıl Budak, Eray Aksoy və Hakan Elkılıçın başçılığı ilə MBA Məktəblərinin Ataşehir Kampusunda təşkil edilib. Natavan Gümet isə “Ən Yaxşı Serial Performansı Mükafatı”-na layiq görülüb.

medianews.az

# 1197 dəfə oxunub

Müəllifin son yazıları

# # #