Azərbaycanın kulinariya nümunələri Aşqabadda

Azərbaycanın kulinariya nümunələri Aşqabadda
6 may 2024
# 15:00

Aşqabad Beynəlxalq Məktəbində təşkil olunmuş Beynəlxalq Kulinariya Festivalında Azərbaycan mətbəxi nümunələri təqdim edilib.

Kulis.az xəbər verir ki, buradakı Azərbaycan pavilyonunda ziyarətçilərə plov, dovğa, dolma, qutablar, həmçinin paxlava və şəkərbura kimi şirniyyatlar təqdim olunub.

Festivalda, həmçinin Azərbaycan kulinariyasının ənənəvi reseptləri barədə məlumat verilib. Ziyarətçilər ölkəmizin tarixi və turizm potensialı, xalqımızın mədəniyyəti haqqında kitab və broşürlərlə tanış olublar.

# 634 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #