Azərbaycanın "Avroviziya 2025" təmsilçisinin ilk canlı çıxışı oldu

Azərbaycanın "Avroviziya 2025"  təmsilçisinin ilk canlı çıxışı oldu
6 aprel 2025
# 13:40

Azərbaycanın "Avroviziya 2025" mahnı müsabiqəsindəki təmsilçisi "Mamagama" qrupu Niderlandın paytaxtı Amsterdamda keçirilən ənənəvi “Eurovision in Concert” tədbirində çıxış edib.

Kulis.az xəbər verir ki, "Mamagama" qrupu səhnədə "Avroviziya 2025" üçün təqdim etdiyi “Run With U” adlı mahnısını canlı ifa edib.

Qeyd edək ki, "Avroviziya 2025" mahnı müsabiqəsi bu il İsveçrənin Bazel şəhərində keçiriləcək və "Mamagama" qrupu may ayında baş tutacaq şounun birinci yarımfinalında 10 nömrə altında səhnə alacaq.

# 162 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #