Azərbaycanda III "Avropa Təamları" Kulinariya Festivalı keçirilir

Azərbaycanda III "Avropa Təamları" Kulinariya Festivalı keçirilir
11 oktyabr 2025
# 10:11

Azərbaycanda III "Avropa Təamları" Kulinariya Festivalı keçirilir.

Kulis.az xəbər verir ki, tədbir Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi və quruma üzv dövlətlərin səfirlikləri ilə birgə Avropa Oyunlar Parkında təşkil edilib.

Aİ-nin müvəqqəti işlər vəkili Gediminas Varanaviçius festivalda açılış nitqi ilə çıxış edərək bu il tədbirə Ukraynanı xüsusi qonaq qismində dəvət etməkdən mənunluq duyduqlarını bildirib.

Qeyd edək ki, açıq havada keçirilən bu tədbirin məqsədi Avropa mətbəxini Azərbaycan ictimaiyyətinə nümayiş etdirməkdir.

# 90 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər