Azərbaycan Yazıçılar Birliyindən “Heydər Əliyev İli”nə töhfə

Azərbaycan Yazıçılar Birliyindən “Heydər Əliyev İli”nə töhfə
14 mart 2023
# 15:30

“Heydər Əliyev İli”nə Yazıçılar Birliyinin töhfəsi yeni kitab olacaq. Belə ki, Yazıçılar Birliyi bu əlamətdar ilə kitab hazırlayır. Kitabda Ulu Öndər Heydər Əliyevi şəxsən tanıyan yazıçıların xatirələri toplanıb.

Kulis.az xəbər verir ki, bunu Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar deyib.

“Kitabda mənim də xatirələrim yer alır. Tanımayan, şəxsən ünsiyyətdə olmayan yazıçıların da Heydər Əliyevə həsr etdikləri yazılar bu nəşrdə olacaq. 100 illik yubileyə belə bir sanballı nəşrlə töhfəmizi verəcəyik”,- deyə Xalq yazıçısı bildirib.

# 868 dəfə oxunub

Müəllifin son yazıları

# # #