Azərbaycan uşaq ədəbiyyatı İranda

Azərbaycan uşaq ədəbiyyatı İranda
24 oktyabr 2025
# 12:48

Uşaq yazıçısı Elvira Məmmədovanın nağıl kitabları fars dilində Tehranda çap olunub.

Kulis.az xəbər verir ki, uşaq yazıçısı Elvira Məmmədovanın “Düymə” və “Zibil qabının arzusu” nağılları fars dilinə tərcümə edilərək Tehranda işıq üzü görüb.

Kitabları fars dilinə Beynəlxalq Uşaq Kitab Şurasının (İBBY) İran bölməsinin əməkdaşı, yazıçı və uşaq ədəbiyyatı araşdırmaçısı Nasim Yousefi tərcümə edib. Rəssamları Şirin Abolmaleki və Əkrəm Hüseynidir.

“Düymə” nağıl kitabı fərqli - qarışıq üslubda, əl işi, applikasiya və rəsmlərlə illüstrasiya edilmiş ilk Azərbaycan nağıl kitabıdır.

Qeyd edək ki, yazıçının digər bir kitabı “Dəcəl, nazlı cırcırama” nağıl kitabı da bu ilin sonunadək Tehranda fars dilində nəşr olunacaq.

# 256 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər