Azərbaycan "MONOFEST"-də təmsil olunacaq

Azərbaycan "MONOFEST"-də təmsil olunacaq
12 may 2025
# 13:00

Mayın 12-dən 19-dək Qazaxıstanın Kostanay şəhərində “MONOFEST” Beynəlxalq Teatr Festivalı keçiriləcək.

Kulis.az xəbər verir ki, festivalda ölkəmizi Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı Patrik Züskindin “Kontrabas” monotamaşası ilə təmsil edəcək.

Mayın 16-da nümayiş olunacaq “Kontrabas” tamaşasının quruluşçu rejissoru Xalq artisti İrina Perlova, ifaçısı Əməkdar artist Şövqi Hüseynovdur.

Uzun illərdir teatrın repertuarında olan və bir çox festivallarda uğurla nümayiş etdirilən səhnə işi ensiklopedik biliklərə malik qəhrəmanı, onun həyata baxışını ehtiva edir.

Qeyd edək ki, sarkazm və yumoristik məqamlarla zəngin olan tamaşada qəhrəmanımızın yeganə ünsiyyət vasitəsi isə kontrabasdır.

# 101 dəfə oxunub

Müəllifin son yazıları

# # #