Azərbaycan Mədəniyyət Elçilərinin I Forumu keçiriləcək

Azərbaycan Mədəniyyət Elçilərinin I Forumu keçiriləcək
16 sentyabr 2025
# 12:32

Noyabrın 3-dən 5-dək Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Azərbaycan Mədəniyyət Elçilərinin I Forumu keçiriləcək.

Kulis.az xəbər verir ki, tədbir Türkiyənin Antalya şəhərində təşkil olunacaq.

Forum çərçivəsində mədəniyyət elçiləri şəbəkəsinin fəaliyyəti əsasında Azərbaycan mədəniyyətinin beynəlxalq müstəvidə təbliği, müxtəlif ölkələrdə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzləri və Azərbaycan Evləri ilə mədəniyyət xadimlərinin qarşılıqlı əməkdaşlığının inkişaf etdirilməsi nəzərdə tutulur.

Proqramda panel sessiyaları və müzakirələr, milli mədəni irs nümunələrindən ibarət sərgi və konsert proqramı təşkil ediləcək. Forum iştirakçıları, həmçinin, Antalya şəhərində Türkiyə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən noyabrın 1-dən 9-dək keçiriləcək “Mədəniyyət Yolu” Festivalında iştirak edəcəklər. Azərbaycan sözügedən festivalda fəxri qonaq statusunda təmsil olunacaq.

Xaricdə yaşayan azərbaycanlı mədəniyyət xadimləri oktyabrın 1-dək https://culture.fillout.com/elchiler səhifəsi üzərindən qeydiyyatdan keçə bilərlər.

Azərbaycan Mədəniyyət Elçiləri Forumunun hər il dünyanın müxtəlif bölgələrində təşkili planlaşdırılır.

# 87 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər