“Azərbaycan kinosu həftəsi”ndə klassik filmlər nümayiş olunacaq

“Azərbaycan kinosu həftəsi”ndə klassik filmlər nümayiş olunacaq
2 avqust 2023
# 16:46

Bu kinematoqrafiyamız üçün xüsusilə əlamətdardır. Azərbaycan kinosunun 125, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının yaradılmasının isə 100 illiyi qeyd olunur.

Kulis.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə avqustun 2-dən 9-dək ölkəmizdə fəaliyyət göstərən televiziya kanallarında “Azərbaycan kinosu həftəsi” adı altında klassik filmlərimizin nümayişi təşkil olunacaq.

Kino Günü münasibətilə, həmçinin kinoteatrlarda da Azərbaycan filmlərinin retrospektiv baxışı təşkil ediləcək. Aksiya çərçivəsində milli filmlərimizi izləmək üçün kinoteatrlara giriş sərbəst olacaq.

AZƏRTAC

# 909 dəfə oxunub

Müəllifin son yazıları

# # #