Azərbaycan Jurnalistlərinin IX qurultayı keçiriləcək

Azərbaycan Jurnalistlərinin IX qurultayı keçiriləcək
26 sentyabr 2026
# 15:38

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclasında Azərbaycan Jurnalistlərinin IX qurultayının keçirilmə tarixi məlum olub.

Kulis.az xəbər verir ki, iclasda əvvəlcə 27 Sentyabr – Anım Günü münasibətilə şəhidlərimizin xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Şura sədri Rəşad Məcid sonuncu qurultaydan 4 il keçdiyini bildirərək hazırlıq üzrə Təşkilat Komitəsinin formalaşdırıldığını elan edib və toplantıda qurultayın oktyabrın 15-də keçirilməsi barədə yekun qərar verilib.

MŞ-yə üzv təşkilatlar oktyabrın 12-dək nümayəndə və İdarə Heyətinə namizədlərinin adlarını presscouncil.az saytındakı xüsusi bölmə vasitəsilə Təşkilat Komitəsinə təqdim etməlidirlər. Xəbərdarlıq edilib ki, üzvlük haqqı borcunu ödəyəməyən medianın qurultayda iştirakı məhdudlaşdırılacaq.

# 148 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər