Azərbaycan İstiqlal Muzeyi “Tamaşaçıların Seçimi” mükafatına layiq görüldü

Azərbaycan İstiqlal Muzeyi “Tamaşaçıların Seçimi”  mükafatına layiq görüldü
23 noyabr 2022
# 12:30

Rusiyanın Qələbə Muzeyi tərəfindən keçirilən “Muzeylər Qələbə haqqında” adlı beynəlxalq video müsabiqədə Azərbaycan İstiqlal Muzeyi “Tamaşaçıların Seçimi” mükafatına layiq görülüb

Kulis.az xəbər verir ki, Qələbə Muzeyinə Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan və Moldovanın 120-dən çox muzeyindən XX əsrin ortalarının hərb tarixinə dair muzey ekspozisiyalarından bəhs olunan 130-dan çox videoçarx təqdim olunub.

Azərbaycan İstiqlal Muzeyi Azərbaycan xalqının mədəni-tarixi həyatındakı mühüm hadisələri və istiqlalı uğrunda apardığı mübarizəni özündə əks etdirən eksponatların təqdim olunduğu videoçarxla bu müsabiqədə iştirak edib.

Qələbə Muzeyinin rəsmi internet saytında 60 mindən çox internet istifadəçisinin iştirak etdiyi onlayn səsverməyə əsasən Azərbaycan İstiqlal Muzeyi “Tamaşaçıların Seçimi” mükafatına layiq görülüb.

Qeyd edək ki, Azərbaycan İstiqlal Muzeyi Qələbə Muzeyi ilə 2018 – ci ildə birgə əməkdaşlıqla bağlı imzaladığı memoranduma əsasən müxtəlif layihələr çərçivəsində sərgi və müsabiqələrdə iştirak edib.

# 1621 dəfə oxunub

Müəllifin son yazıları

# # #