Azərbaycan İstanbul Beynəlxalq Kitab Sərgisində “fəxri qonaq ölkə” olacaq

Azərbaycan İstanbul Beynəlxalq Kitab Sərgisində “fəxri qonaq ölkə” olacaq
21 sentyabr 2024
# 14:30

Noyabrın 2-dən 10-dək İstanbulda 41-ci Beynəlxalq Kitab Sərgisi keçiriləcək. Azərbaycan ilk dəfə dünyanın bu nüfuzlu kitab sərgisində “fəxri qonaq ölkə” qismində iştirak edəcək.

Kulis.az xəbər verir ki, Azərbaycan bu il İstanbul sərgisinə ilk dəfə 10 nəşriyyat və ondan artıq yazar ilə qatılacaq. Bundan əlavə, mədəniyyət sahəsi üzrə müxtəlif tədbirlər təşkil olunacaq.

Qeyd edək ki, builki İstanbul Beynəlxalq Kitab Sərgisi “Uşaqlıq şənlikdir” şüarı altında keçiriləcək. Sərginin “fəxri yazıçısı” Türkiyənin uşaq və gənclik ədəbiyyatına böyük töhfə vermiş yazar Yalvaç Ural olacaq.

# 84 dəfə oxunub

Müəllifin son yazıları

# # #