Azərbaycan filmi beynəlxalq festivalda mükafat qazandı

Azərbaycan filmi beynəlxalq festivalda mükafat qazandı
15 dekabr 2022
# 10:00

Londonda “Cineworld Cinema”da ölkənin aparıcı kino, təsviri incəsənət, memarlıq, dəb ustalarının iştirakı ilə tədbir keçirilib.

Kulis.az xəbər verir ki, “British Film Festival” adlı hər il keçirilən festivalda bir neçə kateqoriyada Britanivya və Avropa filmləri rəqabət aparıb.

Sənədli filmlər kateqoriyasında Azərbaycan istehsalı, rejissor Şamil Əliyevin “Yaradıcılar” (“Creators”) filmi birinci yerə layiq görülərək mükafat qazanıb.

Mədəniyyət Nazirliyinin dəstəyi ilə çəkilən ekran əsəri müasir Bakımızın simasını dəyişməsindən bəhs edir.

# 1195 dəfə oxunub

Müəllifin son yazıları

# # #