Azərbaycan dilini bilmədi, Bakıya qayıtmağına qadağa qoyuldu -  “Sehrli xalat”ın Rəşidi...

Azər Qurbanov

Azər Qurbanov

12 yanvar 2022
# 12:35

Kulis.az "Sehrli xalat" filmindəki Rəşid obrazı ilə məşhurlaşan aktyor Azər Qurbanov haqqında maraqlı faktları təqdim edir.

Əslən Gəncə şəhərindən olan Azər Qurbanov 1955-ci ildə Balakən rayonunda anadan olub. Orta təhsilini Bakıda Nərimanov prospektində yerləşən 225 saylı orta məktəbdə rus dilində alıb. Azərbaycan dilində demək olar ki, danışa bilməyib.

***

Sonralara da bütün həyatım boyu rus dilində təhsil alır. 8 il Moskvada oxuyur. Sankt-Peterburqda, Odessada yaşayır. Bakıda cəmi on il yaşayan Azər Qarabağ münaqişəsi başlananda, yenidənqurma vaxtı dostlarının dəvəti ilə ABŞ-a gedir. Ancaq qısa müddətlik səfər Azərin bütün həyatını dəyişir.

Bir gün evlərinə anasına zəng vurur. Bakıya qayıtmaq istədiyini bildirəndə isə anasından gözlənilməz cavab eşidir: “Bakıya qayıtma”.

***

Bu barədə müsahibələrinin birində Azər deyir:

“Doğurdan da geri qayıtmaq istəyirdim, lakin alınmadı. İndi 25 ildən çoxdur ki, burada yaşayıram. Sizə demək istəyirəm ki, ABŞ elə də yaxşı ölkə deyil. Bu, yanlış fikirdir. Birləşmiş Ştatlar çox varlı ölkədir. Lakin insanların yaşayışı o qədər də yaxşı deyil. Hesab edirəm ki, hazırda mənim ölkəmdə vəziyyət buradan yaxşıdır. Burada bəzi insanlar varlıdır, lakin əhalinin böyük əksəriyyəti varlı deyil. Bu, yaxşı hal deyil. Burada hər şey çox bahadır. Nəsə almaq üçün gərək hər gün işləyəsən. Mən Azərbaycanı xatırlayıram, ora üçün darıxıram. Azərbaycan mənim doğulduğum yerdi”.

***

Ailədə iki qardaş bir bacı olan anası da Azərin sonradan onun yanına köçür. Qardaşı və bacısı isə Bakıda qalmağa üstünlük verirlər. 2012-ci ildə onun anası ABŞ – da dünyasını dəyişir və orada dəfn olunur.

1983-cü ildə elə Amerikada ailə həyatı quran Azərin bir oğlu dünyaya gəlir.

***

O, 7 yaşında "Bir məhəllədən iki nəfər" filmində debüt edib. Daha sonra "Əcnəbi qız" (1965), "Bizim oynadığımız dənizdə" (1967), ilk sovet-yuqoslav birgə filmi olan "Mavi quş, yolun açıq olsun" (1967) filmlərində rol alıb.

***

Ancaq ona ən böyük uğuru “Sehrli xalat” filmindəki pioner Rəşid obrazı gətirir.

***

Rejissor Səttar Atakişiyev 1964-cü ildə “Sehrli xalat” filmini ekranlaşdırır. Filmin ssenarisi Aleksandr Tarasovla birlikdə yazılır. Kinosınaq zamanıRəşid rolu üçün Azər Qurbanovla yanaşı, Yaşar Nuri, Ramiz Əzizbəyli də dəvət olunur. Sınaq çəkilişləri nəticəsində baş rola “Rəşid”ə Azər Qurbanov təsdiq olunur. Azər rusdilli olduğundan onu Yusif Şeyxov səsləndirir. Rəşid rolunu Əlisəttar

Yusif Şeyxov müsahibələrinin birində bu haqda deyir:

“Səhnələr çətinliklə alınırdı. Çünki uşaqların sayı çox idi. Hətta 7-8 dubla çəkilən kadrlarımız da olurdu. Bəzən yaxşı alınırdı, tez çəkilirdi. Mənim üçün ən çətin yer çəkiliş vaxtı deyil, səsləndirmə vaxtı oldu. Kadrların birində Rəşidlə Zərifənin ayın səthində qaçdı-tutdu səhnəsi vardı. Rəşid gülürdü. Həmin gülüşü ifadə etmək məndə heç cür alınmırdı. Əlisəttar Atakişiyev çox əsəbiləşirdi. Dublyaj vaxtı yanımda olan təcrübəli aktyorlar mənə gülməli əhvalat və hadisə olmadan necə gülmək lazım olduğunu öyrətdilər. Mənim üçün filmdə ən çətin olan bu idi. Nəhayətdə səslənmə Əlisəttar müəllimin istədiyi kimi alındı. O, Azərbaycan kinosunun nağılçısı, uşaqlarla da, böyüklərlə də işləməyi bacaran bir insan idi”.

***

Filmdə Rəşidin ən yaxın dostu və tərəf müqabili Zərifə rolunun ifaçısı Solmaz Hətəmova uzun illər keçməsinə baxmayaraq filmdə çəkilən uşaqlardan bəzisi ilə əlaqə saxladığını desə də, Amerikada yaşayan Azər Qurbanovla heç cür münasibət qura bilmədiklərini deyir:

“Hazırda uşaqlarla uzun illərdən sonra heç olmasa sosial şəbəkələr vasitəsilə əlaqə saxlaya bilirik. Azər nəysə əlaqə yaratmaq istəmir. Digərlərilə əlaqə saxlamağa çalışımışam”.

***

Hal – hazırda şəxsi bizneslə məşğul olan Azər internet üzərindən onlayn satışla məşğuldur. Həmçinin tibbi daşımacılıqla bağlı şirkəti var. Şirkət fiziki məhdudiyyətli şəxslərin həkimə, xəstəxanaya aparılmasına yardım edir.

# 33439 dəfə oxunub

Müəllifin son yazıları

# # #