“Azərbaycan Atabəyləri” filminin təqtimatı keçiriləcək

“Azərbaycan Atabəyləri” filminin təqtimatı keçiriləcək
3 dekabr 2024
# 10:50

3 dekabr, saat 19:00-da Heydər Əliyev Mərkəzində "Azərbaycan Atabəyləri" bədii-sənədli filminin qala gecəsi keçiriləcək.

Kulis.az xəbər verir ki, Azərbaycan Televiziyası, “Şahdağfilm”, Türkiyənin “İkinciYeniFilm”, “Patik Prodüksiyon” və “Ernet Grup” prodakşnlarının birgə səyi ilə ərsəyə gələn bu filmdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, eyni zamanda Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) rəsmi tərəfdaş qismində yer alır.

Film orta əsrlərdə yaşamış türk dünyasının iki böyük tarixi şəxsiyyəti, cəsur sərkərdələr - Qara Sunqur və Atabəylər dövlətinin qurucusu Şəmsəddin Eldənizin hekayəsindən bəhs edir.

Filmin quruluşçu rejissoru Məcit Güvən, ssenari müəllifləri Sərvər Bayramov, İlqar Mehti, Səxavət Sahil və Ərcan Kayadır. Prodüserlər eyni ilə İlqar Mehti, Sərvər Bayramov və Türkiyədən “İkinciYeniFimi” təmsil edən Furkan Bəsli, quruluşçu rəssam isə Zəfər Malkoçdur.

Orta əsr Azərbaycan tarixinin ən parlaq dövrlərini canlandıran bədii-sənədli filmdə, dünya şöhrətli döyüşçü Zabit Səmədov Şəmsəddin Eldəniz obrazını canlandırarkən İlqar Mehti isə Qara Sunqur kimi ekrana çıxır. Digər əsas rollarda isə xalq artisti Mehriban Zəki (Möminə Xatun), əməkdar artist Bəhruz Vaqifoğlu (Məhəmməd Cahan Pəhləvan), Jalə Həsənli (Zübeydə Xatun), Günay Əhməd (Laçın), Tural Əhməd (Arslan Şah), İlqar Musayev (Candar Çavlı), Səmimi Fərhad (Vəzir Əl-Xəzni), Samir Qulamov (Gəncər bəy), Salam İsmayılov (Şeyx İmad), Türkay Cəfərli (Şeyx İmadın köməkçisi), Rəşad Kəsəmənli (Sərkərdə), Hidayət Əliyev (Sultan Məsud) və ölkəmizin digər dəyərli sənətçiləri yer alır.

Filmdə 100-dən çox aktyor epizodları canlandırıb, ümumilikdə isə heyətdə 500 nəfərdən çox insan çalışıb.

# 683 dəfə oxunub

Müəllifin son yazıları

# # #