Azər Paşa Nemətovun vəziyyəti ağırdır? – Teatrdan açıqlama

Azərpaşa Nemətov

Azərpaşa Nemətov

24 noyabr 2021
# 16:40

“Xalq artisti Azər Paşa Nemətovun vəziyyətinin ağır olması ilə bağlı mətbuatda yayılan məlumatlar tamamilə əsassızdır”.

Bunu kulis.az-a açıqlamasında Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı deyib.

O bildirib ki, saytlar bu məlumatı dəqiqləşdirmədən, araşdırmadan tirajlayıblar: “Azər Paşa Nemətovun səhhətində müəyyən problemlər var. Bir müddətdir müalicə alır, həkim nəzarətindədir. Hazırda vəziyyəti yaxşıdır və narahatlığa heç bir əsas yoxdur”.

# 3354 dəfə oxunub

Müəllifin son yazıları

# # #