AYNA-dan Ədalət Şükürova cavab

AYNA-dan Ədalət Şükürova cavab
10 oktyabr 2024
# 12:07

Xəbər verdiyimiz kimi, Əməkdar artist Ədalət Şükürov paytaxt yollarından və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) fəaliyyətindən narazı olduğunu bildirib.

Kulis.az-ın məlumatına görə, AYNA-dan bildirilib ki, qurum Ədalət Şükürovun fikirlərini dinləməyə hazırdır.

“Necə ki, bu gün AYNA tərəfindən Akademik Zərifə Əliyeva küçəsində avtobus zolağının təşkili ilə bağlı keçirilən ictimai dinləmədə müxtəlif təklif və rəyləri dinlədik.

Görüşdə 20-dən çox nəqliyyat ekspertinin, ictimai fəalın, Sosial Tədqiqatlar Mərkəzinin və media nümayəndəsinin maraqlı fikirləri səsləndirildi və nəzərə alındı.

Belə bir konteksdə dəyərli sənətkarımızla da görüşüb məmnuniyyətlə fikirlərini dinləyə bilərik” deyə, qurumdan bildirilib.

# 216 dəfə oxunub

Müəllifin son yazıları

# # #