Milli Kitabxanada kino salnaməmizin yorulmaz tədqiqatçısı, kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadənin 85 illiyi münasibətilə “Əməkdar incəsənət xadimi Aydın Kazımzadə” adlı sərgi açılıb.
Kulis.az xəbər verir ki, sərgidə kinoşünasın müəllifi olduğu milli kino tariximizi tədqiq edən fundamental əsərləri, həmçinin, “Ön söz” və rəy verdiyi əsərlər yer alıb.
Sərgidə Aydın Kazımzadənin fəaliyyəti və yaradıcılığı haqqında Azərbaycan və xarici dillərdə ədəbiyyatlar, dövri mətbuatda çap olunan məqalələr də nümayiş olunur.
- Məşhur rus aktyor vəfat etdi
- Özünü Mirzə Babayevin qardaşı kimi təqdim edib pul istəyən kişi - YENİLƏNİB
- Dünya şöhrətli orkestr Bakıda konsert verəcək
Sərgi bir həftə davam edəcək.