AYB-nin qurultayında iştirak edəcək xarici qonaqların adları açıqlandı

AYB-nin qurultayında iştirak edəcək xarici qonaqların adları açıqlandı
21 oktyabr 2022
# 16:20

Azərbaycan Yazıçılar Birliyinin (AYB) XIII qurultayında iştirak edəcək xarici qonaqların bir qisminin adı məlum olub.

Bu barədə APA-nın sorğusuna cavab olaraq birliyin mətbuat xidmətinin sədri şair Xəyal Rza məlumat verib.

Qeyd olunub ki, qurultayda Türkiyə, Rusiya, Litva, İsrail, Pakistan, Gürcüstan, Almaniya, İraq, Belarus və İrandan iyirmidən çox qonaq iştirak edəcək.

Xəyal Rzanın sözlərinə görə, qonaqlar içərisində Türkiyənin keçmiş mədəniyyət naziri Namık Kamal Zeybek, Avrasiya Yazarlar Birliyinin başqanı Yakup Ömeroğlu, Türk Ədəbi Vakfının başqanı Ferhat Kabaklı, Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyi (İLESAM) başqanı Mehmet Nuri Parmaksız, Azərbaycan Yazıçılar Birliyinin Türkiyə üzrə təmsilçisi, “Türk ədəbiyyatı” jurnalının baş redaktoru İmdad Avşar olacaq: “Həmçinin iraqlı şair Nəsrin Ərbin, Pakistan Ədəbiyyat Akademiyasının sədri, professor Məhəmməd Yusif Xuşk, Rusiyanın keçmiş mədəniyyət naziri, görkəmli tənqidçi, ədəbiyyatşünas alim Yevgeni Sibrov da qurultayda qonaq kimi iştirak edəcək”.

Xatırladaq ki, qurultay 26 oktyabr saat 10:00-da Akademik Dövlət Milli Dram Teatrında keçiriləcək

# 1458 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #