AYB-dən üzvlük haqqını ödəməyənlərə - Xəbərdarlıq

AYB-dən üzvlük haqqını ödəməyənlərə - Xəbərdarlıq
8 yanvar 2026
# 14:00

Azərbaycan Yazıçılar Birliyinin (AYB) Katibliyinin növbəti iclası keçirilib.

Kulis.az xəbər verir ki, bu barədə AYB-nin Mətbuat xidmətinin rəhbəri Xəyal Rza bildirib: "Gündəlikdəki bir neçə məsələ ilə yanaşı, Birliyin üzvləri arasında illik üzvlük haqqını ödəməyənlərin siyahısı müzakirə olunub: "Qaydalara əsasən, bir neçə il üzvlük haqqını ödəməyən şəxslər xəbərdarlıq edilmədən Birlikdən xaric edilməlidirlər. Lakin buna baxmayaraq, onlara dəfələrlə xəbərdarlıq edilib".

Xəyal Rzanın sözlərinə görə, qərara alınıb ki, “Ədəbiyyat qəzeti”ndə sonuncu dəfə xəbərdarlıq edilsin: "Beləliklə, fevralın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyinin sıralarından xaric ediləcəklər".

# 141 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər