AYB-də növbəti qurultayqabağı məruzə səsləndirildi

Azərbaycan Yazıçılar Birliyi

Azərbaycan Yazıçılar Birliyi

23 fevral 2022
# 17:40

Azərbaycan Yazıçılar Birliyində Sayman Aruzun məruzəsi dinlənilib.

Kulis.az xəbər verir ki, bu gün Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda Azərbaycan Yazıçılar Birliyinin Cənubi Azərbaycan Ədəbiyyatı Komissiyasının sədri, AYB sədrinin müşaviri Sayman Aruzun Cənubi Azərbaycan Ədəbiyyatı ilə bağlı qurultayqabağı məruzəsi dinlənilib.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, millət vəkili Fazil Mustafa, yazıçı Elçin Hüseynbəyli, şair Səlim Babullaoğlu və başqaları iştirak edib, məruzə haqqında fikirlərini səsləndiriblər.

Xatırladaq ki, məruzə yaxın günlərdə “Ədəbiyyat qəzeti”ndə işıq üzü görəcək.

# 1287 dəfə oxunub

Müəllifin son yazıları

# # #