Ayaz Salayev: "Evimi iranlılara kirayə verdim və..."

Ayaz Salayev, Əməkdar incəsənət xadimi

Ayaz Salayev, Əməkdar incəsənət xadimi

4 avqust 2022
# 17:40

Əməkdar İncəsənət xadimi Ayaz Salayev “Yarasa” filminin çəkilişlərindən danışıb.

Kulis.az xəbər verir ki, bu barədə o, “Onun sirri” proqramında açıqlama verib.

A. Salayev deyib ki, həmin ekran işinin çəkilişləri böyük əziyyətlə olub:

“Biz o filmi dəhşətli çətinliklə çəkdik. Həmin dövrdə ölkəmizdə kino istehsalı sıfır dərəcəsində idi. Azərbaycan kinostudiyasında direktor yox idi. Biri getdi, yenisi gəlməmişdi hələ. Nəqliyyat belə yox idi, qışda yollar buz bağlamışdı.

Sankt-Peterburqda “Lennfilm” kinostudiyasının labaratoriyasında film aşkar edilirdi. O zaman letnlər itdi.

Filmin prodüseri Saday Əhmədov idi. Mən o film üçün pul axtarırdım, artıq yuxlarımda da görürdüm, böyük stress keçirirdim, Saday müəllim vəsait ayırdı, filmi əziyyətlə çəkdik. Lakin lentlər itdi. Bunu Saday Əhmədova demədik. Mən evimi iranlılara kriayə verib, həmin pulla gedib lentləri tapdım”.

# 10751 dəfə oxunub

Müəllifin son yazıları

# # #