"Avroviziya" üçün 154 mahnı göndərildi

"Avroviziya" üçün 154 mahnı göndərildi
25 sentyabr 2024
# 15:21

"Avroviziya" beynəlxalq mahnı müsabiqəsinin Azərbaycanda rəsmi yayımçısı olan İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) İsveçrədə keçiriləcək “Avroviziya-2025” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək ifaçı və mahnı seçiminə başlayıb.

Kulis.az xəbər verir ki, bu günə qədər müsabiqə üçün 154 mahnı göndərilib.

Qeyd edək ki, müsabiqə İsveçrənin Bazel şəhərində keçiriləcək. Yarışmanın birinci və ikinci yarımfinalları 13-15 mayda, final isə 17 mayda keçiriləcək. Biletlər ilin sonunda satışa çıxarılacaq.

# 95 dəfə oxunub

Müəllifin son yazıları

# # #