İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) "Avroviziya 2025" mahnı müsabiqəsində Azərbaycandan olan səsverməni elan edəcək şəxsin adını açıqlayıb.
Kulis.az xəbər verir ki, məşhur yarışmanın final mərhələsində münsiflər heyətinin səslərini canlı olaraq "Avroviziya 2010" təmsilçimiz Safurə Əliyeva açıqlayacaq.
Azərbaycanı "Avroviziya 2025"də "Run With U" mahnısı ilə "Mamagama" qrupu təmsil edəcək. Onlar səhnəyə birinci yarımfinalda çıxacaq.
İsveçrənin Bazel şəhərində keçiriləcək yarışmanın birinci yarımfinalı mayın 13-də, ikinci yarımfinalı mayın 15-də, final isə mayın 17-də keçiriləcək.
Qeyd edək ki, 2010-cu ildə Oslo şəhərində keçirilən 55-ci "Avroviziya" mahnı müsabiqəsində Safurə Əliyeva 145 xalla 5-ci yeri tutmuşdu.