“Avroviziya-2024”də səhnə quruluşçumuz məlum olub

“Avroviziya-2024”də səhnə quruluşçumuz məlum olub
2 aprel 2024
# 16:14

“Avroviziya-2024”də Azərbaycanı təmsil edəcək mahnının səhnə quruluşçusu ukraynalı Evgeni Timoxin olacaq.

Kulis.az xəbər verir ki, Timó kimi tanınan Evgeni Timoxin 2004-cü ildən rejissor, səhnə quruluşçusu və klipmeyker kimi fəaliyyət göstərir.

Qeyd edək ki, “Avroviziya-2024” müsabiqəsində Azərbaycanı təmsil edən Fahree və İlkin Dövlətov Timó-nun qurduğu səhnə ilə bu ilin 7 may tarixində İsveçin Malmö şəhərində çıxış edəcəklər.

# 354 dəfə oxunub

Müəllifin son yazıları

# # #