"Avroviziya 2023” mahnı müsabiqəsinin ikinci yarımfinalı keçirilib.
Kulis.az xəbər verir ki, Ukrayna adından Liverpulda baş tutan yarışmada Danimarka, Avstraliya, Kipr, Albaniya, Avstriya, Gürcüstan, Ermənistan, Belçika, Yunanıstan, İslandiya, Litva, Rumıniya, San-Marino, Sloveniya və Estoniya finala keçmək uğrunda mübarizə aparıblar.
Səsvermə nəticəsində sonda 10 ölkə - Albaniya, Kipr, Estoniya, Belçika, Avstriya, Litva, Polşa, Avstraliya, Ermənistan, Sloveniya finala vəsiqə qazanıb.
Birinci yarımfinaldan finala vəsiqə qazanan ölkələr isə Xorvatiya, Moldova, İsveçrə, Finlandiya, Çexiya, İsrail, Portuqaliya, İsveç, Serbiya, Norveç olub.
Qeyd edək ki, yarışmada Azərbaycanı Tural və Turan Bağmanov qardaşları təmsil edirdi. Onlar "Tell me more" mahnısı ilə birinci yarımfinalda 12-ci nömrə altında səhnəyə çıxsalar da, finala vəsiqə qazana bilməyiblər.
Müsabiqənin finalı mayın 13-də keçiriləcək.
"Avroviziya 2023"də finala çıxan ölkələr - Siyahı
12 may 2023
10:00
1369 dəfə oxunub