Kitab sərgisi

Avropanın ən hündür bazilikasının tikintisi tamamlanacaq

Avropanın ən hündür bazilikasının tikintisi  tamamlanacaq
23 sentyabr 2025
# 12:50

İspaniyanın Barselona şəhərindəki "Saqrada Familia" (Müqəddəs Ailə) bazilikası 2025-ci ilin sonu və ya 2026-cı ilin əvvəlində tamamlanması planlaşdırılan İsa Peyğəmbər qülləsi ilə birlikdə 172 metr hündürlüyə çatacaq.

Kulis.az xəbər verir ki, bu kilsə Almaniyadakı 162 metrlik Ulm Kafedralını geridə qoyacaq.

Tikilinin üst hissəsinə bir xaç qoyulacaq və ətrafı beş kiçik qüllə ilə əhatə olunacaq.

Qeyd edək ki, "Saqrada Familia"nın təməli 1882-ci ildə qoyulub və o vaxtdan bəri işlər ianələr və turist gəlirlərindən təmin olunan vəsaitlə davam etdirilib.

# 109 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər