“Avatar” seriyasının növbəti iki filminin nümayiş tarixləri bəlli oldu

“Avatar” seriyasının növbəti iki filminin nümayiş tarixləri bəlli oldu
28 noyabr 2026
# 13:21

“Avatar” seriyasının növbəti iki filminin nümayiş tarixləri açıqlanıb.

Kulis.az xəbər verir ki, rejissor Ceyms Kemeronun məşhur fantastik film seriyasının dördüncü hissəsi 2029-cu il dekabrın 21-də, beşinci filmi isə 2031-ci il dekabrın 19-da tamaşaçılara təqdim olunacaq.

“Disney” şirkətinin yenilənmiş film təqviminə əsasən, ekran əsərləri arasında iki illik fasilə olacaq.

Qeyd edək ki, “Avatar”ın dördüncü filmi üçün bəzi səhnələr əvvəlki ekran əsərləri ilə eyni vaxtda lentə alınıb.

Filmdə hadisələrin təxminən altı il irəliyə keçəcəyi gözlənilir.

# 72 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Reels Yazarlar Xəbərlər