Audiovizual Şuradan qəza ilə bağlı açıqlama

Audiovizual Şuradan qəza ilə bağlı açıqlama
25 dekabr 2024
# 18:40

Azərbaycan Audiovizual Şurası açıqlama yayıb.

Kulis.az xəbər verir ki, açıqlamada bildirilib:

“Azərbaycan Audiovizual Şurasının rəhbərliyi və kollektivi "Azərbaycan Hava Yollarına" məxsus Bakı-Qroznı istiqamətində uçan təyyarənin qəzaya uğraması nəticəsində faciəvi şəkildə həlak olanların yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə şəfa tapmasını diləyir”.

26 dekabr tarixinin matəm günü elan olunması ilə əlaqədar Audiovizual Şura xatırladır ki, audiovizual media subyektləri tərəfindən "Media haqqında" Azərbaycan Qanununun matəm günlərində audiovizual yayıma dair müddəalarının (39.2-ci və 39.3-cü maddələr) tələblərinə riayət olunmalıdır.

# 235 dəfə oxunub

Müəllifin son yazıları

# # #