“Ateş böceğim" mahnısının ifaçısı vəfat etdi

“Ateş böceğim" mahnısının  ifaçısı vəfat etdi
21 iyul 2023
# 11:50

“Ateş böceğim” mahnısı ilə tanınan türkiyəli müğənni və bəstəkar Baha Boduroğlu 76 yaşında vəfat edib.

Kulis.az Türkiyə mediasına istinadən xəbər verir ki, uzun müddətdir ürək çatışmazlığından müalicə alan sənətçi xəstəxanada dünyasını dəyişib.

Baha Boduroğlu 3 fevral 1947-ci ildə İstanbulda anadan olub. Gənclik illərində Kent Oyunçuları və Qazanfer Özcan və Gönül Ülkü teatrlarında işləyib.

Boduroğlu Aysel Gürellə tanış olduqdan sonra onunla birlikdə mahnılar yazmağa başlayıb. Onların “Genclik Başımda Duman” albomu həmin ilin ən çox satılan albomlarından olub.

Lakin sonrakı illərdə sənətçilərin yolları ayrılıb. Baha Boduroğlu 2001-ci ildə Hurşid Yenigün, Esmeray, Atilla Atasoy, İskəndər Doğan, Ercan Turqut, Banu Kırbağ, Nur Yoldaş, Melike Demirağ, Semiha Yankı, Osman İşmen, Selçuk Alagöz ilə birlikdə "Eski Dostlar" adlı musiqi qrupu yaradıb.

# 1430 dəfə oxunub

Müəllifin son yazıları

# # #