“Atabəylər” serialı nə vaxt yayımlanacaq? - Açıqlama

“Atabəylər” serialı  nə vaxt yayımlanacaq? - Açıqlama
6 oktyabr 2023
# 11:30

“Atabəylər” serialı yaxın müddətdə izləyicilərə təqdim oluna bilər”.

Bunu AzTV-nin İctimaiyyətlə əlaqələr və sosial media şöbəsinin rəisi, mətbuat katibi Rüfət Seyidov "Atabəylər" serialı ilə bağlı Kulis.az-a danışarkən bildirib.

Onun sözlərinə görə, sosial şəbəkələrdə serialın 2023-cü ilin sentyabrında efirə getməsi ilə bağlı yayılan informasiya reallığı əks etdirmir:

"Anonsda yeni mövsümdən efirə veriləcəyi qeyd olunub. Bizdə yeni mövsüm sentyabrın 11-dən başlayıb. Yəni gələn il sentyabrın 11-nə kimi vaxtımız var.
AzTV və Mədəniyyət Nazirliyi birgə ekran işinin tez ərsəyə gəlməsinə çalışır. Çəkilişlər və digər işlər aparılır. Ümid edirik ki, yaxın müddətdə serial izləyicilərə təqdim olunacaq".

# 1036 dəfə oxunub

Müəllifin son yazıları

# # #