Aşpazı Vudi Alleni məhkəməyə verdi

Aşpazı Vudi Alleni məhkəməyə verdi
13 dekabr 2024
# 11:18

Vudi Allenin şəxsi aşpazı Hermi Fahardo işdən qovulduğu üçün rejissoru məhkəməyə verib.

Kulis.az xəbər verir ki, Fahardonun sözlərinə görə, onu ABŞ ordusunda hərbi təlim keçdiyinə görə işdən qovublar.

Belə ki, Hermi Fahardonu orduda təlim keçməyə çağırıblar. O, təlimdən qeyd olunan tarixdən bir gün gec qayıtdığı üçün rejissor onu işdən azad edib.

Qeyd edək ki, rejissor ona illik 85 min dollar məvacib ödəyəcəyini bildirmişdi.

# 304 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #