Asiyanın ən böyük film festivalı təcavüz ittihamlarına cavab verdi

Asiyanın ən böyük film festivalı təcavüz ittihamlarına cavab verdi
16 iyun 2023
# 18:20

Cənubi Koreyada keçirilən 28-ci Busan Beynəlxalq Film Festivalının (BIFF) təşkilatçıları festivalın keçmiş direktoru Hu Mun Yonqa qarşı təqib ittihamlarına cavab veriblər.

Bu barədə “The Hollywood Reporter” məlumat yayıb.

Asiyanın ən böyük kinofestivalının təşkilat komitəsinin bəyanatı, festival işçilərindən birinin Hu tərəfindən cinsi təcavüzdən şikayət etməsindən sonra yayımlanıb. Direktor ittihamları rədd etsə də, istefa verib, təşkilat komitəsi isə hadisəni araşdıracağına söz verib.

“Komandada cinsi qısnama halına görə səmimi qəlbdən üzr istəyirik. Biz belə presedentlərin qarşısını almaq üçün sistem quracağıq”, -deyə festivalın nümayəndələri əmin ediblər.

# 1017 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #