Aşıq Ələsgərin vəfatının 100-cü ildönümü UNESCO-da qeyd ediləcək

Aşıq Ələsgərin vəfatının 100-cü ildönümü UNESCO-da qeyd ediləcək
22 aprel 2025
# 12:47

UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının təşəbbüsü və dəstəyi, eləcə də Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq qərarı ilə görkəmli aşıq Ələsgərin vəfatının 100-cü ildönümü UNESCO-nun 2026–2027-ci illər üzrə qeyd ediləcək tədbirlər proqramına daxil edilib.

Kulis.az APA-ya istinadən xəbər verir ki, bunu UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibi Seymur Fətəliyev “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya Azərbaycan əraziləri haqqında etno-coğrafi hay-erməni hiylə və fitnələr”i mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

O bildirib ki, bu məsələ UNESCO-nun İcraiyyə Şurasının aprel ayında keçirilmiş 221-ci sessiyasında müzakirə edilərək təsdiqlənməsi böyük nailiyyətlərdəndir.

# 91 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #