#

“Arzu balıq dastanı” təqdim olundu

“Arzu balıq dastanı” təqdim olundu
29 fevral 2024
# 09:18

Avstriyada fəaliyyət göstərən “ÖST Ensemble” ansamblı Vyanada “Arzu balıq dastanı” adlı performans proqramı ilə çıxış edib.

Kulis.az xəbər verir ki, Vyana Future Art Lab zalında reallaşan performans tamaşaçıların çoxsaylı müraciətləri əsasında ansamblın ötən il təqdim etdiyi eyniadlı layihənin genişləndirilmiş yeni təqdimatıdır. Layihə Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi və Yunus Emre İnstitutunun dəstəyi ilə baş tutub.

“Arzu Balıq” dastanı görkəmli təbrizli yazıçı, tanınmış tərcüməçi-publisist Səməd Behrənginin “Balaca Qara Balıq” nağılı əsasında Aria Torkanbouri tərəfindən yazılıb. Bu performans başdan-başa Azərbaycan-Türk aşıq dastan ənənəsi əsasında qurulub. Yəni, fərqli musiqi və rəqs mədəniyyətlərindən seçilən və ifa olunan əsərlərin hamısı dastan rəvayəti əsasında, aşıqların dastan demə formasına dayanaraq yeni formada ifa olunub.

# 578 dəfə oxunub

Müəllifin son yazıları

# # #