ARKA-nın dəstəklədiyi film "İlin ən yaxşısı" seçildi

ARKA-nın dəstəklədiyi film "İlin ən yaxşısı" seçildi
4 iyun 2025
# 09:15

Nizami Kino Mərkəzində yeni təsis olunmuş Azərbaycan Kinotənqidçilər və Kinoşünaslar Gildiyası ilk fəaliyyətini həyata keçirdi.

Kulis.az xəbər verir ki, Gildiyanın mükafatlarının I təqdimetmə mərasimi baş tutdu.

2025-ci ilin əvvəlində təsis olunmuş Azərbaycan Kinotənqidçilər və Kinoşünaslar Gildiyası il ərzində ölkə ərazisində ilk dəfə nümayiş olunmuş yeni filmləri dəyərləndirib. 40-dan çox filmi izləyərək seçim edən Gildiya üzvləri 10 nominasiyada filmləri dəyərləndirərək ən yaxşılarını seçiblər.

Əsas mükafat – “İlin ən yaxşı filmi” “Tənha insanın monoloqu” filminə təqdim olundu.

Filmin rejissoru və ssenari müəllifi Emin Əfəndiyev, operatoru Daniel Quliyev, prodüseri Sərvər Bayramov, rəssamı Arif Niftiyev, bəstəkarı Azər Hacıəsgərlidır. Filmdə əsas rollarda Mahir Dərviş və Elşən Əsgərov çəkiliblər.

Film müharibədən və ata-oğul münasibətindən bəhs edir.

Qeyd edək ki, film Azərbaycan Respiblikasının Kino Agentliyinin dəstəyilə “Shahdagfilm” tərəfindən istehsal olunub.

# 183 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #