ARKA Kann Film Festivalında

ARKA Kann Film Festivalında
19 may 2025
# 15:35

Azərbaycan Respublikası Kino Agentliyinin nümayəndə heyəti 13–21 may tarixlərində Fransada keçirilən 78-ci Kann Beynəlxalq Film Festivalı və “Marche du Film” məzmun marketində iştirak edir.

Kulis.az xəbər verir ki, Azərbaycan mədəniyyətinin təbliği çərçivəsində yaradıcılıq sahələrinin inkişafının dəstəklənməsi, o cümlədən ölkəmizin kino potensialının təbliğ olunması və yerli kino sənayesinin inkişafına xarici mütəxəssislərin cəlb edilməsi məqsədilə heyət tərəfindən görüşlər həyata keçirilir.

Qeyd edək ki, Kann Beynəlxalq Film Festivalı dünya kinematoqrafiyasının ən nüfuzlu tədbirlərindən biri hesab olunur və hər il yüzlərlə sənət adamını, prodüseri və media nümayəndəsini bir araya gətirir. Festival çərçivəsində keçirilən “Marché du Film” isə beynəlxalq kino sənayesinin əsas biznes platformasıdır və buraya dünyanın müxtəlif ölkələrindən film layihələri, prodüserlər və investorlar toplaşır.

# 110 dəfə oxunub

Müəllifin son yazıları

# # #