ARKA gələn il 4 müsabiqə keçirəcək

ARKA gələn il 4 müsabiqə keçirəcək
17 dekabr 2025
# 12:31

Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) tərəfindən ölkədə kino sənayesinin dəstəklənməsi məqsədilə ayrılan maliyyə vəsaitlərinin istehsalçı şirkətlərə şəffaf və ədalətli ötürülməsi üçün 2026-cı ildə dörd müsabiqənin keçirilməsi nəzərdə tutulur.

Kulis.az xəbər verir ki, bu barədə agentliyin Kino mədəniyyətinin təbliği şöbəsinin müdiri Turan Məmmədli məlumat verib.

Onun sözlərinə görə, onların sırasına post-prodakşn mərhələsində olan layihələrə dəstək, dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri, dövlət sifarişi ilə istehsal ediləcək film layihələri və müştərək istehsal olan layihələrə dəstək müsabiqələri daxildir.

# 73 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər