ARKA: "Borclar müvafiq qaydada ödəniləcək" - Açıqlama

ARKA:  "Borclar müvafiq qaydada ödəniləcək" - Açıqlama
15 fevral 2024
# 18:05

ARKA film müsabiqəsinin qalib layihələrinin maliyyələşdirilməsi məsələsinə aydınlıq gətirilib.

Kulis.az xəbər verir ki, ARKA-nın bildirdiyinə görə, qalib layihələrin maliyyələşdirilməsi işləri müvafiq qaydada Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində həll edilib.

"2022-ci ildən qalmış borcla bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müvafiq məktub göndərilib.

ARKA müsabiqə qaliblərini əmin edir ki, Mədəniyyət Nazirliyi yaranmış bütün borcları qanunamüvafiq qaydada ödəyəcək."

# 801 dəfə oxunub

Müəllifin son yazıları

# # #