Azərbaycan Respublikasının Kino Agentliyinin elan etdiyi film layihələri müsabiqəsinin layihələrin müdafiəsi (pitçinq) mərhələsi baş tutub.
Kulis.az xəbər verir ki, bu mərhələdə layihələr Seçim Komissiyasının üzvləri və Mədəniyyət Nazirliyi tərəfindən yaradılmış kinematoqrafiya, rəqəmsal və digər audiovizual əsərlərin məzmununun qiymətləndirilməsi üzrə Ekspert şurasının nümayəndələri tərəfindən qiymətləndirilib.
Dövlət sifarişi, kommersiya, sənət filmi istiqamətində 1 qısametrajlı, 3 tammetrajlı sənədli, 2 qısametrajlı, 4 tammetrajlı bədii, 1 qısametrajlı animasiya film layihəsi olmaqla ümumilikdə 11 layihənin, tələbə alt istiqaməti üzrə isə 16 tələbə filminin istehsalına dəstək göstərilməsi məqbul hesab edilib.
Seçim Komissiyası və Ekspert şurasının yekun iclası 28 noyabr tarixində keçiriləcək.
ARKA 11 filmin çəkilişinə dəstək verəcək
27 noyabr 2023
10:14
870 dəfə oxunub