Arif Məlikovun mahnılarından ibarət konsert keçiriləcək

Arif Məlikovun mahnılarından ibarət konsert keçiriləcək
8 avqust 2024
# 13:06

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında sentyabrın 13-də Xalq artisti, dünyaşöhrətli bəstəkar Arif Məlikovun xalqımız tərəfindən böyük rəğbətlə qarşılanan, sevilən mahnılarından ibarət konsert proqramı keçiriləcək.

Kulis.az xəbər verir ki, Filarmoniyanın Kamera Orkestri və Estrada Ansamblının müşayiəti ilə keçiriləcək konsert proqramında bəstəkarın “Azərbaycan”, “Güllərim”, “Dənizdə ay çiməndə”, “Gözlərimin dünyası”, “Gəl bizim dağlara”, “İnandım”, “Sən Əslisən, mən Kərəm”, “Şirin qızım”, “Qonaq gəl bizə”, “Dənizə baxıram”, "Günəş ürəkli” və digər unudulmaz mahnıları ifa ediləcək.

Həmçinin gecədə tanınmış pianoçu Ülviyyə Kazımova Arif Məlikovun əsərlərindən "Ötən anlar" silsiləsi və 3 valsla çıxış edəcək.

# 347 dəfə oxunub

Müəllifin son yazıları

# # #