Arif Babayevin son vəziyyəti

Arif Babayevin son vəziyyəti
29 iyul 2025
# 11:02

"Xalq artisti Arif Babayevin vəziyyəti ağır olaraq qalır və müalicəsi Reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir".

Kulis.az xəbər verir ki, bu barədə APA-ya Mərkəzi Klinikanın Baş həkimi Prof. Dr. Kamran Musayev məlumat verib.

O bildirib ki, xəstənin öz tənəffüsü mövcüd olsa da, təəssüf ki, nevroloji vəziyyətində ciddi bir müsbət dinamika qeyd olunmur:

"Eyni zamanda böyrək funksiyaları başda olamaqla, digər daxili orqanlarının funksiyaları ilə əlaqədar da vəziyyət ciddi olaraq qalır. Buna görə də qeyd olunan problemlər nəzarə alınaraq xəstənin hər tərəfli kompleks müalicəsi Reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir".

# 232 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #