"7 gecədir gözümə yuxu getmir. Allahın sınağıdır, deyirəm. Amma bu, yaman ağır sınaq oldu”.
Kulis.az xəbər verir ki, bu fikirləri Türkiyədəki dəhşətli zəlzələ barədə fikirlərini Lent.az-la paylaşan Xalq artisti Arif Babayev səsləndirib.
“Səhhətimdə narahatlıq olanda qardaş ölkədə baş verənləri düşünüb utanıram. O dəhşəti görəndə unuduram hər şeyi. Onlar bu soyuqda evsiz-eşiksiz, dərd-sər içində...
- İtaliyada keçirilən üçüncü Azərbaycan Film Festivalı başa çatdı
- Azad seks deyənlərin öpülməmiş qız arzusu
- “Ədəbiyyat dövlətin yumşaq gücüdür” YENİ LAYİHƏ
Allah o insanların köməyi olsun. Çox ağır dərd, çox böyük fəlakət oldu. Amma Allahdan gələn bəladır, nə deyəsən, kimə deyəsən? Allahın imtahanıdır. Əlimizdən gələn, gücümüz yetən dərd olmadı bu.
Tək əlac odur ki, güclü olub, səbirli olub, bu çətin günləri geridə qoyaq”, - deyə muğam ustası bildirib.