Ariana Qrandeyə kiberhücum - Yayımlanmamış 45 mahnısı satıldı

Ariana Qrande, müğənni

Ariana Qrande, müğənni

29 iyul 2026
# 14:40

Məşhur amerikalı müğənni Ariana Qrandeyə kiberhücum olunub.

Kulis.az xəbər verir ki, müğənni komandasının hesablarını yararaq ona məxsus məxfi məlumatları ələ keçirən hakerlərə qarşı məhkəməyə müraciət edib.

İddia ərizəsinə görə, hələlik şəxsiyyəti məlum olmayan iki haker sənətçinin yayımlanmamış 45 mahnısını, səs yazılarını, video və şəxsi fotolarını qanunsuz yolla ələ keçirərək internetdə yüksək məbləğə satıb. Müğənninin vəkilləri bu addımı sənətçinin şəxsi həyatının gizliliyinə qarşı ağır müdaxilə adlandırıblar.

Qeyd edək ki, "7 Rings", "Thank U, Next" və "Positions" kimi mahnıların ifaçısı olan "Qremmi" mükafatlı Ariana Qrande müasir pop musiqisinin ən uğurlu nümayəndələrindən biri hesab olunur.

# 76 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər