APA TV-nin yeni layihəsi - APAMED

APA TV-nin yeni layihəsi - APAMED
13 fevral 2025
# 11:25

APA TV yeni layihəyə start verir. Sağlamlıq və tibbi maarifləndirmə sahəsində cəmiyyətin məlumatlılığını artırmaq məqsədi daşıyan "APAMED" adlı bu yeni proqram insanlara faydalı və etibarlı informasiya təqdim edəcək.

Kulis.az-ın məlumatına görə, layihə çərçivəsində peşəkar həkimlər, tibb ekspertləri və mütəxəssislər müxtəlif xəstəliklər, müalicə üsulları, sağlam həyat tərzi və digər vacib mövzular barədə ətraflı məlumat verəcəklər. Həmçinin, tamaşaçıları maraqlandıran suallar cavablandırılacaq, ən son tibbi yeniliklər müzakirə ediləcək.

APAMED proqramı yaxın günlərdə APA TV-in efirində yayıma başlayacaq. Layihə sağlamlıq mövzusuna xüsusi diqqət yetirən tamaşaçılar üçün vacib bir informasiya mənbəyi olacaq.

Daha ətraflı məlumat və bizimlə əlaqə üçün APAMED-in rəsmi səhifələrini izləyin:

Instagram: https://www.instagram.com/apamed_resmi
TikTok: https://www.tiktok.com/@apamed8
Tel: (+99450) 307 45 21

# 430 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #